Müasir dövrdə bir və daha artıq dil bilmək vacib şərtlərdən biridir. Dövrümüzün aparıcı xarici dillərindən biri də rus və ingilis dilləridir. Əksər valideynlər bunu dərk edir, lakin onları bir sual narahat edir: “Uşaq neçə yaşında xarici dil öyrənməyə başlaya bilər?”

Cavab: Nə qədər tez başlasa bir o qədər yaxşıdır. Nəyə görə?

  • Aparıcı psixoloqlar sübut etmişdir ki, uşaqların qavramasının maksimal dərəcədə yüksək olan dövrü 1,5-9 yaşı əhatə edir. Bu yaş dövründə uşaqların əsas dil bacarıqları formalaşır və onun beyni yeni dillər öyrənməyə meyllidir.
  • Erkən yaşdan xarici dil öyrənmək uşaq beyni üçün əlavə yük olur, bu isə onun beyninin daha sürətli inkişafına gətirib çıxarır.

Bəs valideynlər uşağın dil öyrənməsində nə cür köməklik göstərə bilər?

Cavab: Əgər siz uşağınızın xarici dili öz ana dili kimi bilməsini istəyirsinizsə, bir neçə qaydalara əməl etməlisiniz:

  • Uşaq xarici dili qeyri-ardıcıl şəkildə təşkil olunan məşğələ zamanı mənimsəyə bilməyəcək. Valideyn gündəlik 5-10 dəqiqə ərzində uşağı ilə birlikdə öyrəndiyi yeni sözləri təkrar etməlidir.
  • Sizə 1 ay ərzində uşağınızın səlis xarici dildə danışa biləcəyini söz verən pedaqoqlardan uzaq olmağınız məsləhətlidir. Çünki, körpələr informasıyanı bir az gec analiz və sintez etdiyi üçün onlara zaman tələb olunur.